Nobel İlaç Ar-Ge
Nobel İlaç, yarım əsrdən çox olan tarixi və yüksək biliyə sahib mütəxəssis heyəti ilə yaradıldığı gündən etibarən güclü Elmi-Tədqiqat və Təkmilləşdirmə İşləri (AR-GE) mədəniyyəti ilə hərəkət edir və inkişaf etmiş texnologiya laboratoriyaları ilə 3 fərqli yerdə AR-GE fəaliyyətini davam etdirir.
- Düzce Əczaçılıq Elmi-Tədqiqat və Təkmilləşdirmə İşləri (Ar-Ge) Mərkəzi
- Mərmərə Texnokent (MARTEK) Biotexnoloji Ar-Ge Mərkəzi
- Ulkar Kimya Ar-Ge Mərkəzi
Nobel İlaç şirkətinin Elmi-Tədqiqat və Təkmilləşdirmə işləri (Ar-Ge) strategiyası, qurumun strategiyalarına uyğun şəkildə işləməklə, innovativ məhsullar hazırlamağa əsaslanır. Nobel İlaç şirkətinin məhsul portfelinin 95%-i və 39 ölkədə lisenziyalı bütün dərman preparatları, özünün Ar-Ge Mərkəzində aparılan işlər nəticəsində yaradılmışdır.
Elmi-Tədqiqat və Təkmilləşdirmə işləri (Ar-Ge) fəaliyyətləri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən milli və beynəlxalq qaydalar və təlimatlar çərçivəsində müəyyən edilmiş Beynəlxalq Mükəmməl İstehsalat Tətbiqləri və Mükəmməl Laboratoriya Tətbiqləri qaydalarına uyğun şəkildə həyata keçirilir.