Haqqımızda

Haqqımızda
Yarım əsrdən çox olan təcrübə, yüz faiz yerli kapital

1954-cü ildən başlayan peşəkar əczaçılıq sənayesi fəaliyyəti təcrübəsinə sahib olan Nobel, 1964-cü ildə Türkiyədə tamamilə yerli sərmayə ilə təsis edilmiş qlobal bir şirkətdir. "Sağlamlıq Üçün Dəyər" şüarı ilə istehsalat və Ar-Ge-yə yatırımlar edərək Nobel illər ərzində xammal və hazır məhsullar istehsal edən beynəlxalq bir dərman şirkətinə çevrilib.
Bu gün Nobel, özünün üç müəssisəsi ilə Türkiyədə, bir müəssisəsi ilə Qazaxıstanda və Özbəkistanda cəmi on bir istehsalat müəssisəsinin fəaliyyəti sayəsində, dünyanın 20 dən çox ölkəsində öz şirkətləri ilə dərman vasitələrinin satışını və onların təşviqatını həyata keçirir. Öz sahəsində peşəkar olan, 4000 nəfərlik mütəxəssis heyətinə sahib olan Nobel, beynəlxalq standartlara uyğun şəkildə istehsal etdiyi keyfiyyətli məhsullarını 50-dən çox ölkəyə ixrac edir.

Türkiyədə təxminən 2500 işçisi olan Nobel İlaç, istehsalat və Ar-Ge fəaliyyətlərini Düzce və Gebze-də, xammal istehsalını isə Çerkezköy-də yerləşən müəssisələrində həyata keçirir. Nobel İlaç, strateji prioritetlərindən biri kimi müəyyən etdiyi biotexnoloji dərman istehsalı və Ar-Ge sahəsinə sərmayə yatırmağa davam edir.

Nobel beynəlxalq standartlara uyğun şəkildə istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyən Nobel, Almaniya, Albaniya, Azərbaycan, Belorusiya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İsveçrə, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Serbiya, Türkmənistan və Ukraynada öz şirkətləri ilə satış fəaliyyətləri və onların təşviqatını həyata keçirir.

Xaricdə ilk addımını Özbəkistanda Nobel Pharmsanoat şirkəti ilə atan Nobel, ölkədəki Ar-Ge və istehsal müəssisəsinə yatırımı ilə 80-dən çox marka və 150-dən artıq formada dərmanı Özbək xalqının istifadəsinə təqdim edir, ətraf ölkələrə ixrac edir.
Qazaxıstanda 2002-ci ildə qurulan Nobel AFF çərçivəsində ölkənin ilk xarici kapitallı istehsal müəssisəsi açılıb. Ölkənin ən yaxşı investor mükafatını alan Nobel AFF, eyni zamanda Qazaxıstanda Yaxşı İstehsal Təcrübələri (GMP) sertifikatına sahib olan ilk şirkətdir.

Azərbaycanda  fəaliyyət göstərdiyi 20 ildən çox müddət ərzində vətandaşlarımızı qabaqcıl və müasir beynəlxalq  standartlara uyğun istehsal etdiyi müxtəlif dərman vasitələri ilə təmin etmişdir. Yaxın gələcəkdə Azərbaycanda farmasevtik sənaye istehsalatı ilə fəaliyyətini daha da genişləndirəcəkdir.