Korporativ Məsuliyyət
Bir Gün CEO
Odgers Berndtson tərəfindən həyata keçirilən və dünyada 12 il olaraq icra olunan “Bir Gün üçün CEO” proqramı, nəsillər arasında həmrəylik yaratması və yeni nəsil menecerlərinə vacib təcrübələr qazandırdığına görə biznes aləmində əhəmiyyətli layihə kimi qəbul edilir. Proqramın dərman sektorundakı yeganə təmsilçisi olan Nobel İlaç şirkətinin Baş direktoru Hakan Şahin, Türkiyədəki ikinci ilini başa vuran bu proqrama başlanğıcından dəstək verməklə, universitet tələbələri ilə görüşlər zamanı onlar ilə biznes aləmindəki təcrübələrini bölüşür.
TMOK (Türkiyə Milli Olimpiada Komitəsi) Fairplay Universitetlər Karvanı
TMOK tərəfindən Türkiyənin hər yerini gəzərək, universitet tələbələrinə Fair Play (vicdanlı davranış) prinsipinə əsaslanan düşüncə və rəftarlarını özündə ehtiva edən Fair Play Universitetlər Karvanı 2014-cü ildən etibarən həyata keçirilməkdədir. İdmançı sağlamlığı sahəsindəki məhsulları ilə bu sahədə faydaları olan Nobel İlaç, TMOK Fair Play Universitetlər Karvanının baş sponsorluğu ilə gələcək idmançılara “yaxşı, dürüst, gözəl” mesajının verilməsini dəstəkləyir. Biz idmanın bütün sahələrində Fair Play anlayışını mənimsəmək üçün sərf olunan səylərin iştirakçısı olmaqdan qürur duyuruq.
İMİF (İstanbul Mədəniyyət İncəsənət Fondu)
"Sağlamlıq üçün hər şeyə dəyər inamı ilə işləyərək həyat keyfiyyətini yüksəltmək" vəzifəsi ilə fəaliyyət göstərən Nobel, "incəsənət üçün dəyər" anlayışı ilə festivalın prinsiplərinin geniş kütlələri əhatə etməsinə dəstək olur.
Kızılay Qanvermə Aksiyası
Yarım əsrdən çoxdur ki, "Sağlamlıq üçün hər şeyə dəyər" inamı ilə həvəslə çalışan və korporativ sosial məsuliyyət səyləri ilə xalqın sağlamlığına dəstək olmaq məqsədini əldə rəhbər tutan Nobel İlaç, 3 ildir həyata keçirdiyi Kızılay qanvermə aksiyasını kök hüceyrələri donorluğu aksiyasını da əhatə edəcək şəkildə genişləndirdi. “Qan və kök hüceyrə donorluğu sayəsində insanların həyatını xilas etmək hər şeyə dəyər” şüarı ilə aksiyaya qoşulan Nobel şirkətinin əməkdaşları, kök hüceyrələri və qan donorluğunu Kızılay üçün tədarük edirlər.
Çəhrayı Səyyar Klinika
Nobel İlaç şirkətinin fəaliyyət sahələrindən biri olan urologiya və qadın urologiyasında tətqiqatlar aparan İnkontinensiya Dərnəyi ilə əməkdaşlığı nəticəsində başladılan birgə layihə çərçivəsində müəyyən yaş qruplarına mənsub qadınlarda olduqca çox rast gəlinən sidikqaçırma problemi ilə maarifləndirici fəaliyyət göstərən "Çəhrayı Səyyar Klinika" layihəsi 2016-cı ilin may ayında və 2017-ci ilin may ayında uğurla həyata keçirilmişdir. Stress tipli sidikqaçırmanın müalicə edilən xəstəlik olduğunu xalqa izah etmək məqsədini güdən layihədə 9000 qadına konsultasiya xidmətləri göstərildi.
TTKF (Türkiyə Təlimçi Könüllüləri Fondu) Əylən, Öyrən, Gigiyenaya əməl et adlı Könüllü Təlim Proqram təminatçısı
TEGV-nin ətrafında "Əylən, Öyrən, Gigiyenaya əməl et" təlim proqramının könüllü təlimatçısı olmağa qərar verən və sağlam həyat tərzinin şüurda erkən yaşlarda təhsil yolu ilə inkişaf etdirilməli olduğuna inanan Nobel İlaç əməkdaşları 7 fərqli seansda ibtidai məktəb yaşındakı 120 şagirdə infeksiyalardan mühafizə yolları haqqında təlimlər vermişlər. Dünyanın 114 ölkəsində 169 000 üzvü olan və icmalarda müsbət dəyişikliyə və inkişafa töhfə vermək üçün gənclərin liderliyini, sahibkarlıq bacarıqlarını və sosial məsuliyyət şüurunu inkişaf etdirmək missiyasını öz üzərinə götürən Junior Chamber International (JCI), Nobel İlaç şirkətinin bu təhsil proqramını "2016 –cı il Beynəlxalq Korporativ Sosial Məsuliyyət Mükafatı"na layiq gördü.
Dəyərli Ürəklər
Hər il 29 sentyabr Dünya Ürək Günü kimi qeyd olunur. Həmin günün qeyd edilməsində əsas məqsəd diqqəti ürək-damar xəstəliklərinə çəkmək, ürək sağlamlığı ilə bağlı məlumatlılığı artırmaq və ürək sağlamlığının yaxşılaşdırılmasına töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində Mardin ərazisində Yeşilli İlçe Koyunlu kənd ibtidai məktəbi və uşaq bağçasını ziyarət edən Nobel komandası dəyərli ürək sahibi olan uşaqlara ümumi sağlamlığın qorunması mövzusunda məlumat verir. Nobel bu layihə çərçivəsində şirkət daxilində başladığı yardım kampaniyasını da qiymətli ürəklərə çatdırır.
Hər Əməkdaş Üçün Bir Pöhrə
Nobel İlaç şirkəti və Meşə Nazirliyi ilə birlikdə həyata keçirilən "Hər işçi üçün bir pöhrə" kampaniyası çərçivəsində şirkət əməkdaşlarının dəstəyi ilə məktəblilərə əkmək üçün 2 000 ədəd zoğ təqdim edilmişdir. Beykoz Bozhane Kəndində Nobel işçilərinin ailələri ilə birlikdə tədbirdə iştirak zamanı ağaclar əkilmiş və bu kampaniya Nobel Xatirə Meşəsi lövhəsi ilə əbədiləşdirilmişdir.