Nobel AFF
Nobel Almatı İlaç Fabrikası A.Ş. (Nobel AFF) Qazaxıstanda dərman sənayesinin aparıcı istehsalçılarından biridir. 2002-ci ildə Almatı Dərman Fabrikinin yenidən qurulması çərçivəsində Ulkar Holding tərəfindən bu sahəyə böyük həcmli sərmayələr qoyulmuşdur. Mövcud istehsal sahələrini modernləşdirməklə, beynəlxalq GMP (Mükəmməl İstehsal Təcrübəsi) standartlarına uyğun yeni istehsal sahələri yaradılmışdır. İlk mərhələdə müəssisəyə 40 milyon dollar, 2015-ci ildəki sərmayə qoyuluşu fəaliyyətləri çərçivəsində istehsal gücünün artırılması üçün isə əlavə 30 milyon dollar sərmayə qoyulmuşdur. Yaxın gələcəkdə elmi texnoloji potensialın inkişafı və biotexnoloji məhsulların istehsalı üçün əlavə 50 milyon dollarlıq sərmayə qoyuluşunun layihələndirilməsi də planlaşdırılır.
10 000 m² sahədə fəaliyyət göstərən Nobel AFF müəssisəsində qatı, maye, suspenziya, yarı qatı və jele dərman formaları istehsal edən 5 istehsal sahəsi var. Müəssisədəki bütün istehsal sahələri GMP (Mükəmməl İstehsal Təcrübəsi) sertifikatına malikdir və beynəlxalq standartlarda istehsal fəaliyyətinə uyğundur. Nobel AFF, Qazaxıstanda 2011-ci ildə GMP (Mükəmməl İstehsal Təcrübəsi) sertifikatı alan ilk şirkətdir və o, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin apardığı yoxlamalardan uğurla keçmişdir. Nobel AFF həm Qazaxıstan, həm də MDB ölkələri müfəttişlərindən və model istehsalına sahib çoxmillətli dərman şirkətlərinin müfəttişləri tərəfindən ən yüksək ballarla qiymətləndirilmişdir.
Müəssisənin istehsal sahələrində GMP standartlarına cavab verən ventilyasiya qurğuları vardır. Müəssisə İtaliya, İngiltərə, Almaniya, İsveçrə, Belçika, Danimarka, ABŞ, Türkiyə, Hindistan və Cənubi Koreyadan gətirilmiş müasir avadanlıqlarla təchiz olunmuşdur.
Şirkət, illik istehsal həcmi 750 milyon həb, 250 milyon kapsul, 20 milyon flakon şərbət-suspenziya, 10 milyon tubik krem-jele ilə Qazaxıstan bazarında əhəmiyyətli paya sahib olmuşdur.
Nobel AFF-ın məhsul çeşidinə bu gün antimikrobial, antibiotik, ağrıkəsici-hərarətsalıcı, iltihabəleyhinə, antihipertenziv, hipolipidemik, neyropsixiatrik, antitumor və onkoloji dərmanlar kimi müxtəlif əczaçılıq qruplardakı 83 molekulu əhatə edən təxminən 250 məhsul daxildir.
Müəssisəmizdə fiziki və kimyəvi analiz laboratoriyası, mikrobiologiya laboratoriyası, prosesə nəzarət laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalarımız beynəlxalq səviyyədədir və səlahiyyətli dövlət qurumları tərəfindən akkreditə olunmuş və ən qabaqcıl texnologiya və nəzarət-ölçmə cihazları ilə təchiz olunmuşdur. Bununla yanaşı, hazır məhsullar Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin nəzdindəki "Əczaçılıq, Tibbi Materiallar və Tibbi Texniki Cihazlar Milli Ekspertiza Mərkəzi"nin laboratoriyasında yoxlanılır.
Nobel AFF, satış həcminə görə Qazaxıstanda yerli dərman istehsalçıları arasında ikinci yerdədir. İxracat həcmini davamlı artıran Nobel AFF öz məhsullarını Rusiya, Qırğızıstan, Özbəkistan və Monqolustana da ixrac edir. O, 2018-ci ilin nəticələrinə görə Qazaxıstan əczaçılıq istehsalçıları arasında ixracatda lider səviyyəyə çatmışdır.
Şirkətin əsas hədəfi keyfiyyətli, etibarlı yerli dərmanlar istehsal etməklə, insanların həyat səviyyəsini yaxşılaşdırmaq, istehlakçılara və həkimlərə bazara çıxarılan məhsullar haqqında dəqiq və faydalı məlumat verməkdir. Bu məqsədlə şirkətin Qazaxıstanın bütün şəhərlərində nümayəndəlikləri vardır.
Bu gün də daxil olmaqla, şirkətdə ümumilikdə 500-ə yaxın işçi çalışır. Şirkət işçiləri mütəmadi olaraq ixtisasartırma seminarlarına qoşulur və GMP (Mükəmməl İstehsal Təcrübəsi) və ISO qaydalarına uyğun olaraq təlim alırlar. Şirkətin keyfiyyət idarəetmə sistemi ISO 9000: 2001 standartına uyğundur və o, Türk Standartları İnstitutu və Beynəlxalq Sertifikat Sistem Mərkəzinin sertifikatlarına malikdir.