Dərman Sənayesində Qlobal Brendlər Yaradırıq

Dərman Sənayesində Qlobal Brendlər Yaradırıq
Yarım əsrdən artıq hərtərəfli təcrübəsi ilə qlobal şəkildə korporativ nüfuza malik olan Nobel, "Dünyanın hər yerində insan sağlamlığı üçün etibarlı və əlçatan məhsullar təqdim etmək" şüarı ilə beynəlxalq platformada dəyərli mövqeyə sahibdir.

Qlobal nüfuz sahibi

Beynəlxalq standartlara uyğun olaraq istehsal olunan və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini yaxşılaşdırmaq amalını əldə rəhbər tutan Nobel, Almaniya, Albaniya, Azərbaycan, Belorusiya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İsveçrə, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Serbiya, Türkmənistan, Ukrayna və Seneqaldakı öz nümayəndəlikləri vasitəsilə bazardakı mövqeyini təşviq edir və satış fəaliyyətlərini həyata keçirir.

Fəaliyyət başladığı hər bir ölkədə öz kadr potensialını yaradan Nobel İlaç, marketinq fəaliyyətlərini də təsbit edilmiş normativlər əsasında həyata keçirir.

Ulkar Holdinqin tərkibində yer alan Nobel İlaç şirkəti dünya bazarlarına çıxışındakı ilk addımı Qazaxıstanda baş tutdu və 2002-ci ildə yaradılan Nobel AFF, ölkədəki ilk xarici kapitala malik istehsal müəssisəsi oldu. Nobel şirkətinin iftixarı olan bu müəssisə, həm də ölkədə mükəmməl istehsal GMP (MÜKƏMMƏL İSTEHSAL TƏCRÜBƏSİ) sertifikatı standartlarına sahib olan ilk müəssisədir.

Asiya məkanında digər bir qürur mənbəyimiz də Özbəkistanda fəaliyyətə başladığımız və 300 mütəxəssisi bir araya gətirən Nobel Pharmsanoat şirkətidir. Bu şirkət Orta Asiyada əhalinin ən sıx yaşadığı ölkələrdən biri olan Özbəkistanda xalis Türk brendi olan Nobeli məşhurlaşdıraraq, onu keyfiyyətin sinonimi etmişdir .

İxracatda lider

Nobel İlaç, idxala olan tələbin yüksək olduğu əczaçılıq sektorunda öz məhsullarının uğurla 50 ölkəyə ixrac edir və o, Türkiyədəki xarici ticarət kəsiri olmayan yeganə yerli dərman istehsalçısıdır. İxrac edilən məhsulların əksəriyyəti öz brendlərimiz altında həyata keçirilir. Istehsal etdiyimiz bir dərman isə Türkiyənin ilk və hələ də yeganə beynəlxalq dərman brendi olmaqla, dünyanın 25 bazarında eyni brend ilə nüfuza malikdir.